YUNESKO-nun konfransı çərçivəsində Səmərqənd şəhərində gürcü mədəni irsinə həsr olunmuş pavilyon açılıb və qəbul mərasimi keçirilib
UNESCO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində Gürcüstan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Səmərqənd şəhərində gürcü mədəni irsinə həsr olunmuş pavilyon açılıb.
Bununla bağlı, gürcü polifonik musiqisi ilə müşayiət olunan qəbul mərasimi təşkil olunub.
Qəbul mərasimini Gürcüstanın Xarici İşlər Naziri Maka Boçorişvili açıb.
Maka Boçorişvili çıxışı zamanı Gürcüstanın zəngin mədəni irsindən, şərab istehsalının 8.000 illik ənənəsindən və gürcü polifonik musiqisinin unikallığından danışıb. Diplomatik missiya rəhbərinin qeyd etdiyi kimi, gürcü şərabı və polifonik mahnısı UNESCO tərəfindən bəşəriyyətin mədəni irsinin bir hissəsi kimi tanınıb və Gürcüstan şərabın vətəni olması ilə fəxr edir.
Maka Boçorişvili özbəkistanlı həmkarına göstərdiyi dəstəyə, səmimi qonaqpərvərliyə görə təşəkkür edib, Gürcüstan və Özbəkistan arasında sıx dostluq münasibətlərini vurğulayıb.
Qəbulda Özbəkistan Respublikasının xarici işlər naziri Bəxtiyor Saidov, Özbəkistan hökumətinin nümayəndələri, UNESCO-nun rəhbər şəxsləri, həmçinin, müxtəlif ölkələrdən nümayəndə heyətləri və diplomatlar iştirak edirdilər.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayır.