Azərbaycan, Türkiyə və Özbəkistan Qarabağ, Naxçıvan və Xəzər dənizində hərbi təlimlər keçirəcəklər
Azərbaycan, Türkiyə və Özbəkistan Qarabağ, Naxçıvan və Xəzər dənizində hərbi təlimlər keçirəcəklər.
Müdafiə Nazirliyinin məlumatına görə, üç mərhələli təlimlər Azərbaycan Ordusunun Qarabağ bölgəsində, “Qızılqaya” təlim mərkəzində, Naxçıvan Muxtar Respublikasında, “Qarabağlar” təlim mərkəzində, eləcə də Xəzər dənizindəki “Böyük-Zirə” təlim zonasında keçiriləcək.
Təlimlərə şəxsi heyət, döyüş texnikası, dəniz və hava vasitələri, həmçinin pilotsuz uçuş aparatları (PUA) cəlb olunacaq. Hərbi təlimin məqsədi birgə əməliyyatlara hazırlıq səviyyəsinin yüksəldilməsi, qoşunların koordinasiyası və hazırlıq prosedurlarının standartlaşdırılması, həmçinin bölmələrin yeni döyüş imkanlarının təkmilləşdirilməsidir.
Təlimlərdə iştirak etmək üçün Türkiyə Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti və aviasiya texnikası Azərbaycana gəlib.