Yunanıstanın Saloniki şəhərində meşə yanğını ilə mübarizə aparırlar
Yunanıstanın Saloniki şəhərində meşə yanğını ilə mübarizə aparırlar.
Yanğınsöndürmə xidmətinin məlumatına görə, yanğın nəticəsində üç yaşayış məntəqəsindən əhalinin təxliyə edilməsi zəruri olub. Evlər və bir zavod yanıb. Xəsarət alanlar və ya həlak olanlar barədə məlumat yayılmır.
Yanğınsöndürmə xidmətinin bildirdiyinə görə, yanğın dünən yerli vaxtla saat 20:30-da meşədə baş verib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, yanğına səbəb olan şübhəli şəxs 76 yaşlı kişidir və onun sərxoş vəziyyətdə olduğu ehtimal edilir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, həmin şəxs artıq saxlanılıb.