Yunanistanın Müdafiyə Naziri yanğının ağır nəticələrinin səbəbi olaraq, qeyri-qanuni inşaatları görür
Yunanistanın Müdafiyə Naziri yanğının ağır nəticələrinin səbəbi olaraq, qeyri-qanuni inşaatları görür

Yunanistanın Müdafiyə Nazirinin bəyanatına görə, yanğının ağır nəticələri qeyri-qanuni inşaatlara görə baş verdi.

Bu barədə məlumatı BBC yayır.

Yunanistanın Müdafiyə Naziri Panos Komenosun dediyinə görə, vətəndaşlar tərəfindən meşə massivlərinin yanında tikilən evlərə görə, yanğın zamanı, yaşayış məntəqələrindən çıxış yolu bağlanmışdı.

“Bir çox ev sahildə qeyri-qanuni şəkildə tikilmişdi. Bu cinayətdir, hansı ki, təbii fəlakət zamanı bizə çox ağır başa gəldi” – dedi Müdafiyə Naziri.

Ona qədər isə, vətəndaşlar təbii fəlakət zonasında naziri narazı səslənmələrlə və mənfi reaksiya ilə qarşıladılar. Vətəndaşların dediyinə görə, təbii fəlakət zamanı, iqtidar olnalı sahibsiz buraxdı.

Zərər görənlərin bir hissəsi bəyan edir ki, hökümət onlara dənizə girməyi tövsiyyə etdi, halbuki dənizə doğru gedən yol qapanmışdı.

Meşədə yaranan yanğın nəticəsində, Atika regionunda yerləşən Mati və Rafina şəhərlərində hər dördüncü ev külə dönüb. Bu vaxta qədər ölənlərin sayı isə, 85-dir.