Yunanıstanda yaşayış xərclərinin artmasına etiraz etmək üçün həmkarlar ittifaqı 24 saatlıq tətil elan etdi, Afina metrosu fəaliyyətini dayandırdı, məktəblər, inzibati müəssisələr bağlandı

18:50, 20.11.2024

Həmkarlar ittifaqı Yunanıstanda yaşayış xərclərinin artmasına etiraz etmək üçün 24 saatlıq ümumi tətil elan etdilər. Afina və Salonikidə nümayişlər keçirilir. Dövlət sektorunda çalışanlar maaşların 10% artırılmasını, 13 və 14-cü maaşların bərpasını tələb edirlər.

Yunanıstanın özəl sektor işçilərinin ən böyük həmkarlar ittifaqı olan GSEE də tətilçilərə qoşuldu.

Tətillə əlaqədar Afina metrosu bir neçə saatlıq fəaliyyətini dayandırdı, bərə hərəkəti dayandırıldı. Məktəblər, uşaq bağçaları və inzibati müəssisələr bağlandı. Dövlət xəstəxanaları yalnız təcili yardım xidmətini təmin edirlər. Yunan media vasitələrinin jurnalistləri işçilərin bugünkü ümumi tətilini işıqlandırmaq üçün bir gün əvvəl 24 saatlıq tətil elan etdilər. Həmkarlar ittifaqı baş nazir Kiriakos Mitsotakisi inflyasiyada, ərzaq və mənzil qiymətlərini artırmaqda ittiham edirlər.

Oxşar