Yunanistanda yanğın zonasında əlaqə saxlamaq mümkün olmayan Gürcüstan vətəndaşları hazırda təhlükəsiz yerdədirlər
Gürcüstanın Yunanistandaki səfirliyinin məlumatına görə, yanğın zonasında qalan və əlaqə saxlamaq mümkün olmayan hər iki Gürcüstan vətəndaşı hazırda təhlükəsiz yerdə yaxınları ilə bərabərdir.
Gürcüstanın Yunanistandaki səfiri İoseb Nanobaşvili bəyan etdi ki, hər iki Gürcüstan vətəndaşı tapılıb və təlükədə deyil.
Yunanistanda baş verən yanğın nəticəsində ölənlərin sayı 60-dan artıqdır.
Gürcüstanın Afinadaki səfirliyi fövqəladə rejimdə işləyir.
Gürcüstan vətəndaşları səfirliklə qaynar xəttdən əlaqə saxlaya bilərlər +306995779793.