Yunanıstanda pis hava şəraiti səbəbindən məktəblər bağlanıb və nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Yunanıstanda pis hava şəraiti səbəbindən məktəblər bağlanıb və nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Yunanıstanda güclü “Bayron” fırtınası səbəbindən məktəblər bağlanıb və ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Yerli media xəbər verir ki, bu gün səhərdən etibarən Attika, Peloponez, Kreta, Evia, Sporad adaları, Tesaliya və Egey dənizinin şərq və şimal hissələrində güclü yağış müşahidə olunur.

Attika bölgəsində bütün məktəblər bağlanıb, ictimai nəqliyyatın hərəkəti isə məhdudlaşdırılıb.

Bəzi bölgələrdə, o cümlədən Mandra, Alimos və Keratsini şəhərlərində daşqınlar qeydə alınıb, buna görə də Afina-Korint milli magistralı bağlanıb.

Milli Meteorologiya Xidməti bəyanatında bildirib ki, növbəti saatlarda yağışın və küləyin daha da güclənməsi gözlənilir.

Hakimiyyət əhalini evdə qalmağa çağırıb.