Yunanıstanda genişmiqyaslı meşə yanğınları ilə mübarizə aparılır, ən azı üç nəfər həlak olub
Yunanıstanda, Afina yaxınlığında genişmiqyaslı meşə yanğınları ilə mübarizə aparılır, ən azı üç nəfər həlak olub. Bu barədə məlumatı “Deutsche Welle” yayır.
Məlumata görə, yanğının söndürülməsi işlərinə 260-dan çox yanğınsöndürən cəlb olunub. Güclü külək yanğının söndürülməsi cəhdlərinə mane olur. Minlərlə insan təxliyə edilib.
Yerli medianın yaydığı videogörüntülərdə onlarla yanmış ev görünür. Yunanıstanın bir neçə digər ərazisində də, o cümlədən turistik Kefaloniya adasında yanğın qeydə alınıb.
Bununla yanaşı, Türkiyədə meşə yanğınları səbəbindən Dardanel boğazı müvəqqəti olaraq bağlanıb.
Türkiyədə bu ilin yay mövsümündə yüzlərlə meşə yanğını qeydə alınıb, bu isə on minlərlə insanı evlərini tərk etməyə məcbur edib. İyul ayında baş verən yanğınlar nəticəsində azı 10 meşə mühafizəçisi və hərbi xilasetmə işçisi həlak olub.