Yunanıstan Müdafiə naziri vəzəfəsindən istefa verdi
Yunanıstan Müdafiə naziri vəzəfəsindən istefa verdi

Yunanıstan Müdafiə naziri vəzəfəsindən istefa verdi. Panos Kamenosun qərarına səbəb, Makedoniyanın adının dəyişdirilməsi ilə bağlı ölkələr arasında nail olunan razılaşmadır. Sağçı siyasətçi onun partiyasında olan daha altı naziri, vəzifələrini tərk etməsinə doğru çağırır.

Panos Kamenosun “Müstəqil Yunanlar” partiyası Makedoniyanın adının dəyişdirilməsi ilə bağlı nail olunan razılaşmaya qarşı çıxır.

Yunanıstan və Makedoniya arasında Makedoniyanın adının dəyişdirilməsi ilə bağlı mübahisə, uzun müddətdir davam edir. Buna görə, rəsmi Afina qonşu dövlətin Avropa İttifaqına və NATO-ya üzvlüyünü bloka salır.