Yunanistan əsgəri türk helikopterinə xəbərdarlıq atəşi açdı
Yunanistan əsgəri türk helikopterinə xəbərdarlıq atəşi açdı

Yunan əsgərləri, Yunanistanın Ros adasının ətrafında uçan türk helikopterinə xəbərdarlıq atəşi açdılar.

Helikopterin hərbi olub-olmadığı barədə dəqiq məlumat yayılmır.

Xatırladaq ki, aprelin 8-də, iki türk hərbi təyyarəsi Yunanistan sərhədini pozdu.

Yunanistan Müdafiyə nazirinin dediyinə görə, iki ölkə arasında mövcud olan gərginlik fonunda, 7 min əsgər Ege dənizinin şərq tərəfində, sərhəd zonasının yanına yerləşdirildi.

İki ölkə arasında yaranan gərginlyin səbəbi bir neçə türk siyasətçisi tərəfindən Ege dənizindəki adaların Türkiyə aid olduğunu bəyan edilməsindən sonra yarandı.

Həmçinn, mart ayında, patrul zamanı, pis hava şəraitlərinə görə, iki yunan dənizçisi Türkiyə sərhədini pozdu. Onlar bu vaxta qədər Türkiyədə həbs ediliblər.

Onların azad edilməsinin əvəzinə Türkiyə tərəfi Yunanistantan, Fethullah Gülenin tərəfdarlarının verilməsini tələb edir, hansılar ki, 2016-cı ilin hərbi çevriliş cəhdindən sonra, Yunanistanda saxlanırlar.