Yunan-Roma güləşi | Vaxtanq Lolua Avropa çempionatının finalındadır #1TVSPORT
Albaniyanın paytaxtı Tiranada keçirilən Yunan-Roma güləşi üzrə Avropa çempionatında, yarışın ilk günündə Vaxtanq Lolua (55 kq) finala yüksəlib – gürcüstanlı dünya çempionu yarımfinalda Ermənistan təmsilçisi Manvel Xaçatryanı 3:1 hesabı ilə məğlub edib və qızıl medal uğrunda neytral bayraq altında çıxış edən Emin Seferşayevlə qarşılaşacaq.
Avropa çempionatında yarımfinalda olan digər idmançı isə 77 kq çəki dərəcəsində çıxış edən Ramaz Zoidzedir, o, daha sonra finala vəsiqə uğrunda güləşəcək.
Yarımfinal qarşılaşmaları bu gün, Tbilisi vaxtı ilə saat 20:00-da başladı, final görüşləri isə 21 aprel tarixində keçiriləcək.