Yuliya Skripal bir neçə saatdan sonra xəstəxanadan çıxacaq
Yuliya Skripal bir neçə saatdan sonra xəstəxanadan çıxacaq

Yuliya Skripal bir neçə saatdan sonra xəstəxanadan çıxacaq.

Bu barədə məlumatı Sky News güclü mənbəyə istinad edərək, yayır. 

Sky News-un məlumatına görə, Yuliya Skripalı müalicə edən həkim bu gün xüsusi bəyanat yayacaq.

Xatırladaq ki, martın 4-də, ikili agent Sergey Skripal və qızı Yuliya Böyük Britaniyada, Solsberi şəhərindəki evlərində, kimyəvi maddə ilə zəhərlənmiş halda tapıldılar.

Britaniya iqtidarı baş verən hadisədə Rusiya iqtidarını gunahlandırdı və ölkədən 23 diplomatı qoyladı.

Böyük Britaniyanın bu addımını digər Avropa ölkələri də təkrarladılar.