Yohan Vadepul - Ukraynanın NATO-ya üzvlük yolu dönməzdir
Yohan Vadepul - Ukraynanın NATO-ya üzvlük yolu dönməzdir

Ukraynanın NATO-ya üzvlük yolu dönməzdir, – bu barədə Almaniyanın Xarici İşlər naziri Yohan Vadepul Kiyevdə, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı bildirib.

“NATO sammitində, xarici işlər nazirləri ilə görüşdə vurğuladım ki, Ukrayna NATO-ya dönməz yoldadır və Almaniya bu qərarı təsdiqləyir”, – Vaudepol bildirib.

Onun söylədiyinə görə, bu, həmçinin Ukraynanın Avropa İttifaqı ilə bağlı irəliləyişlərinə də aiddir.

“Ümid edirik ki, Danimarkanın sədrliyi dövründə Avropa İttifaqına üzvlüklə bağlı ilk danışıqların klasteri açılacaq”,  -Vaudepol bildirib.

Almaniya xarici işlər nazirinin qeyd etdiyi kimi, Almaniya nikbin əhval-ruhiyyədədir.

Öz növbəsində Zelenski Vaudepola “uzun müddətdir Almaniyadan heç kimin eşitmədiyi və bəlkə də əvvəllər heç vaxt eşitmədiyi” siqnala görə təşəkkür edib.

“NATO sammiti zamanı, NATO-nun xarici işlər nazirləri ilə Ukrayna naziri səviyyəsində keçirilən görüşdə Alman tərəfi bildirib ki, Ukraynanın alyansda olması vacibdir və bu, bütün Avropanın maraqlarına uyğundur. Biz müvafiq dəstək siqnallarından çox məmnunuq”, – Zelenski qeyd edib.