Yohan Vadepul - Tehran nüvə proqramı ilə bağlı zəmanət verməyə ciddi şəkildə hazır olsa, Almaniya və avropalı tərəfdaşlar danışıqlara hazırdırlar
Almaniyanın xarici işlər naziri Yohan Vadepulun bildirdiyinə görə, Almaniya və onun avropalı tərəfdaşları Tehran nüvə və ballistik raket proqramları ilə bağlı zəmanət verməkdə ciddi şəkildə hazır olsa, İranla növbəti müzakirələr üçün hazırdırlar.
“Birləşmiş Krallıqdan, Fransadan olan həmkarlarım, həmçinin Avropa İttifaqının Ali Nümayəndəsi həmişə danışıqlara hazır olduqlarını deyirdilər. Bu, İrandan nüvə materiallarını nüvə silahına gətirib çıxara biləcək səviyyədə zənginləşdirməkdən imtina etməyə ciddi hazırlıq tələb edir. Bu həmçinin raket proqramlarının da daxil edilməsini tələb edir. Əgər belə ciddi hazırlık olarsa, biz də növbəti danışıqlara hazır olacağıq”, – Yohan Vadepul bildirib.