Yohan Vadepul - Korrupsiyaya qarşı mübarizə orqanlarının müstəqilliyinin məhdudlaşdırılması Ukraynanın Avropa İttifaqına gedən yolunu çətinləşdirir
Korrupsiyaya qarşı mübarizə orqanlarının müstəqilliyinin məhdudlaşdırılması Ukraynanın Avropa İttifaqına gedən yolunu çətinləşdirir. Bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadepolun sosial şəbəkədə yaydığı bəyanatda deyilib.
“Ukraynanın Korrupsiyaya qarşı mübarizə qurumlarının müstəqilliyinin məhdudlaşdırılması Ukraynanın Avropa İttifaqına gedən yolunu çətinləşdirir. Mən Ukraynadan korrupsiyaya qarşı mübarizəni ardıcıl davam etdirəcəyini gözləyirəm. Məhz buna görə də mən Kiyevdə Ukraynanın Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu və İxtisaslaşmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun rəhbərləri ilə görüşdüm”, – Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri yazır.
Yohan Vadepol iyunun sonunda Kiyevdə idi.
Məlumat üçün bildirək ki, Ukrayna prezidenti Volodimir Zelenski dünən korrupsiyaya qarşı mübarizə orqanlarının müstəqilliyini məhdudlaşdıran qanunu imzalayıb. Xüsusi ilə dəyişikliklər Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu və İxtisaslaşmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun müstəqilliyini ləğv edir və onları Baş Prokurorun qərarlarına tabe edir.