Yohan Vadepoul - ABŞ-ın yaxın müttəfiqi olaraq, bizim də məqsədimiz eynidir - İran nüvə silahından imtina etməli və dərhal Hörmüz boğazını açmalıdır
ABŞ-ın yaxın müttəfiqi olaraq, bizim də məqsədimiz eynidir – İran nüvə silahından imtina etməli və dərhal Hörmüz boğazını açmalıdır, – bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadepoul İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığında bildirib.
Vadepoulun sözlərinə görə, Əraqçi ilə söhbəti zamanı o, Berlinin “danışıqlar yolu ilə həll yolu”nu dəstəklədiyini vurğulayıb.
“ABŞ-ın yaxın müttəfiqi olaraq, bizim də məqsədimiz eynidir – İran nüvə silahından imtina etməli və dərhal Hörmüz boğazını açmalıdır”, – Vadepoul sosial şəbəkədə yazır.
Məlumat üçün bildirək ki, ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Fridrix Merts arasında İranla davam edən müharibə ilə bağlı gərginlik artıb. Almaniya kansleri tələbələrlə görüşdə qeyd edib ki, “amerikalıların heç bir strategiyası yoxdur”, buna cavab olaraq Donald Tramp Fridrix Mertsi “dəhşətli” adlandırıb və onun “heç nə başa düşmədiyini” söyləyib. Bundan sonra Pentaqonun nümayəndəsi bildirib ki, müdafiə naziri Pit Heqset Almaniyadan 5 000 amerikalı əsgərin çıxarılması barədə əmr verib, Donald Tramp isə bu rəqəmin daha çox olacağını bildirib.