Yohan Vadeful - İsrail təcrid olunmaq təhlükəsi ilə üz-üzədir və Berlin bunun qarşısını almağa çalışır
İsrail təcrid təhlükəsi ilə üz-üzədir və Berlin bunun qarşısını almağa çalışır, – bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful İsrailə səfəri zamanı bildirib.
“İsrail həmişə beynəlxalq ictimaiyyətdə dostlar, tərəfdaşlar və dəstəkçilər tapmalıdır və hazırkı vəziyyətdə bu təhlükə altındadır. Əgər bu vəziyyətin qarşısını almaq məsuliyyəti bir ölkənin üzərinə düşürsə, mənim fikrimcə, bu Almaniyadır”, – Almaniyanın xarici işlər rəhbəri qeyd etdi.
Yohan Vadepul Qəzza zolağında mövcud olan humanitar vəziyyəti “təsəvvür olunmaz” adlandırıb və qeyd edib ki, İsrail Fələstin ərazilərində “qovma” və “ilhak” siyasəti həyata keçirmədiyini nümayiş etdirməlidir. O, həmçinin bildirib ki, İsrail Qəzzaya humanitar və tibbi yardımı tez, təhlükəsiz və yetərli şəkildə çatdırmağa məsuliyyət daşıyır ki, kütləvi ölüm hallarının qarşısı alınsın.