Son göstəricilərlə, yığım pensiya sistemindən 600 mindən çox vətəndaş istifadə edir. Onların bir hissəsi üçün sistem məcburidir, bir hissəsi üçün isə könüllü. 40 yaşdan yuxarı işlə təmin olunmuş şəxslər sistemi tərk edə bilərlər – bu insanların sayı 230 mindən çoxdur. Vətəndaşlar güman edirdilər ki, sxemi bir apreldən sonra tərk edə bilərlər. Lakin, Pensiya Agentliyində dəqiqləşdirdilər ki, tarix individualdır və həmin şəxslər sistemi, sistemə qoşulma tarixindən 3 aydan sonra tərk edə bilərlər.