Yevqeni Priqojin – Rusiya hakimiyyəti müxalifətçilərin xaricə getməsinə icazə verməklə səhvə yol verdi, onlar Ukraynaya döyüşməyə göndərilməli idilər
“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Rusiya hakimiyyətinin müxalifətçilərin xaricə getməsinə icazə verməklə səhvə yol verdiyini bildirir.
Yevqeni Priqojin müxalifətçilərin Ukraynaya döyüşməyə göndərilməli olduğunu hesab edir.
“Mən qlobal olaraq dövlətin Navalnı kimi bütün insanların xaricə qaçmasına icazə vermək siyasəti ilə razı deyiləm. Onları yığışdırıb bir cərimə batalyonu yaradaraq mənə təhvil verməli idilər. Hamısının qəhrəmancasına həlak olacağına şübhə etməyin”- deyə Priqojin açıqlayıb.
Priqojin bu bəyanatı rusiyalı müxalifətçi, Navalnının cəza çəkdiyi koloniyada olması və Ukraynaya döyüşməyə göndərilmək üçün məhbusların başını qatmağa çalışması barədə Aleksey Navalnının verdiyi məlumatı şərh etməsi xahiş edildikdən sonra verib.
Priqojin eyni zamanda bildirib ki, məhbusların müharibəyə getmək imkanı olmalıdır, çünki onlara “müharibə dəhşətlərini yaşadıqdan sonra təmizlənmək və ikinci şans əldə etmək imkanı verilir”. Onun sözlərinə görə, “heç kim istənilən vasitə ilə insanın vətənini, anasını və ailəsini qorumaq hüququnu əlindən ala bilməz”.