Yerli KİV-Ermənistanın hökumət binası qarşısında keçirilən aksiyada toqquşma nəticəsində 34 nəfər xəsarət alıb
Yerli KİV-Ermənistanın hökumət binası qarşısında keçirilən aksiyada toqquşma nəticəsində 34 nəfər xəsarət alıb

 
Ermənistanın hökumət binası qarşısında keçirilən aksiyada toqquşma nəticəsində 34 nəfər xəsarət alıb-bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin yaydığı məlumatda deyilir.

“16 polis əməkdaşı və 18 mülki şəxs yaralanıb. Bundan əlavə, 17 nəfərə artıq lazımi yardım göstərilib və evə buraxılıb. 16 zərərçəkənin müalicəsi davam edir” – deyə qurumdan bildirilib.

Məlumatda vətəndaşlardan birinin üzərində əməliyyat həyata keçirildiyi deyilir.

Media tərəfindən yayılmış məlumatda qeyd olunduğu üzrə, etirazçılar binaya basqın etməyə cəhd ediblər, bu zaman aksiyaçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşma baş verib.

Xatırladaq ki, hökumət binası yaxınlığında toplaşanlar Nikol Paşinyanın istefasını tələb edirlər.