Yerli bazarda gürcü şərabı məhsulunun populyarlaşdırılması üzrə dövlət proqramı çərçivəsində “Bolnisi mənşə adının şərab festivalı” keçirilib
Yerli bazarda gürcü şərabı məhsulunun populyarlaşdırılması üzrə dövlət proqramı çərçivəsində “Bolnisi mənşə adının şərab festivalı” keçirilib

Yerli bazarda gürcü şərabı məhsulunun populyarlaşdırılması üzrə dövlət proqramı çərçivəsində “Bolnisi mənşə adının şərab festivalı” keçirilib.

Milli Şərab Agentliyi Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırmaqla artıq ikinci ildir ki, Gürcüstan şərab istehsalının yerli bazarda təşviqi üzrə dövlət proqramını həyata keçirir.

Proqram çərçivəsində Gürcüstan miqyasında şərab sərgiləri, müsabiqələr və festivallar keçirilir ki, bu da şərab turizmi potensialının və şərab istehlakı mədəniyyətinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

“Bolnisi mənşə adının şərab festivalı” artıq üçüncü dəfə keçirilib və Gürcüstanın müxtəlif yerlərindən 60-a yaxın şərab zavodu, iri istehsalçılar, kiçik və orta, o cümlədən ailə şərab zavodları iştirak edirdi.

Festivalda Milli Şərab Agentliyinin sədri Levan Mexuzla və sədr müavini Zurab Vaçaradze iştirak ediblər.

“Gürcü şərab bazarlarının diversifikasiyası və tanıdılması bizim bir nömrəli vəzifəmizdir. Bu baxımdan, Bolnisi Festivalı çox mühümdür və digər festivallardan yalnız mənşəli şərablara ev sahibliyi etməsi ilə fərqlənir, hərçənd, əlbəttə ki, bu, ümumilikdə gürcü şərabının tanıdılmasına xidmət edir. Bu günə olan məlumata görə, Gürcüstanda 32 mənşəli şərab təyinatı qeydə alınıb ki, bu da gürcü üzüm sortlarının və şərablarının rəngarənkliliyi və unikalığını göstərir. Bolnisi festivalı ənənəvi forma alıb və iştirakçıların və qonaqların sayı ildən-ilə artır”, – deyə Levan Mexuzla qeyd edib.

Festival çərçivəsində Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OIV) standartlarına uyğun olaraq mənşəli şərabın təyin edilməsi müsabiqəsi keçirilib. Beynəlxalq təcrübəyə malik münsiflər heyətinin üzvləri böyük qızıl, qızıl, gümüş və bürünc medal qazanan şərabları müəyyən ediblər.

Festivalda Avropa ölkələrindən şərab idxalçıları, ekspertlər, blogerlər, turizm sahəsinin nümayəndələri iştirak ediblər.

“Bolnisi Təyinatı Mənşə Şərab Festivalı” “RMG” şirkəti tərəfindən təqdim olunur. Milli Şərab Agentliyi ilə yanaşı, festivalın tərəfdarları Şərabçılar İttifaqı, “Bolnisi şərabı”, Bolnisi munisipalitetinin meriyası, Patent və Əqli Mülkiyyət Milli Bürosu və Bolnisi Aqromərkəzidir.

Bu barədə Milli Şərab Agentliyi məlumat yayır.