Yerevanda hökumət əleyhinə aksiyanın iştirakçıları hökumət binası yaxınlığında toplaşıb, bir qrup nümayişçi yolu bağlayıb
Yerevanda hökumət əleyhinə aksiyanın iştirakçıları hökumət binası yaxınlığında toplaşıb, bir qrup nümayişçi yolu bağlayıb

 
Yerevanda hökumət əleyhinə aksiyanın iştirakçıları hökumət binası yaxınlığında toplaşıb. Məlumatı Ermənistan mediası yayıb.

Hadisə yerinə əlavə polis qüvvələri səfərbər olunub. Aksiya iştirakçıları baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Erməni KİV-lərinin məlumatına görə, bir qrup nümayişçi Yerevanın mərkəzindəki prospekti bağlayıb. “Ana-Ermənistan” müxalifət blokunun lideri Andranik Tevaniani vətəndaşları ümumi tətilə və küçələrə çıxmağa çağırır.

Xatırladaq ki, gecə saatlarında aksiya iştirakçıları hökumət administrasiyasının binasına basqın etməyə cəhd ediblər, bundan sonra nümayişçilərlə polis arasında toqquşma baş verib. Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, aksiya zamanı 16-sı polis olmaqla 34 nəfər xəsarət alıb.