Yerevanda Ermənistanın Baş nazirinin istefası tələbi ilə aksiyalar davam edir
Yerevanda Ermənistanın Baş nazirinin istefası tələbi ilə aksiyalar davam edir

 
Yerevanda aksiyalar davam edir. Yerli KİV-in yaydığı məlumatda qeyd olunduğu üzrə, Ermənistan paytaxtında səhər saatlarından etibarən Yerevanın bir neçə küçəsi bağlanıb.

KİV-in məlumatında polisin aksiyanın onlarla iştirakçısını həbs etdiyi deyilir.

Gecə saatlarında Yerevanın Respublika meydanında keçirilən aksiyadan sonra vətəndaşlar Mərkəzi Polis İdarəsinin binasına doğru yürüş təşkil ediblər.

“Biz heç kimlə görüşmək niyətində deyilik, polisin özbaşınalığına etiraz etmək niyətindəyik” – Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan bildirib.

Xatırladaq ki, aksiya iştirakçıları Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.