Yerevanda aksiya iştirakçıları hökumət binalarının təcrid edilməsinə başladılar (video)

Yerevanda keçirilən aksiya iştirakçıları Baş Prokurorluq və bir neçə nazirliyin binasını təcrid ediblər – bu barədə məlumatı yerli mətbuat yayır.

Nümayişçilər Xarici işlər, Təhsil və Elm, Mədəniyyət, Diaspor, Nəqliyyat Nazirlikləri binası önünə toplaşıblar. Etiraz aksiyalarının təşkilatçısı, “Yelk” müxalif partiyasının lideri, Nikol Paşinian öz tərəfdarlarını bütün dövlət müəssisələrinin giriş və çıxışının bağlanılmasına doğru çağırır.

Bununla yanaşı, Paşinian öz tərəfdarlarını gücdən qəti olaraq istifadə etməməyə və aksiyanın dinc xarakterli olmasının qrunmasına doğru çağırır.

Paşinian tərəfdarlarını axşam saat 18:30-da Yerevanda, Respublika Meydanında toplaşmağa çağırdı.