Yerevanda 68 aksiya iştirakçısını həbs etdilər
Yerevanda 68 aksiya iştirakçısını həbs etdilər

Yerevanda hüquqmühafizəçilər etiraz aksiyasının 68 iştirakçısını həbs etdilər.

Bu barədə məlumatı erməni medyası polisə əsaslanaraq, yayır.

Medya nümayəndələrinin məlumatına görə, aprelin 18-də 68 aksiya iştirakçısı həbs edildi.

Ona qədər polis aksiya iştirakçılarını qeyri-qanuni hərəkət etməkdən baş qaçırdmağa çağırdı.

Müxalifətçi deputat Nikol Paşinyan biraz bundan əvvəl, öz tərəfdarları ilə birlikdə, Yerevanın Dövlət Universitetinin yanına getdi və tələbələri aksiyada iştirak etməyə çağırdı.

Artıq bir neçə gündür ki, Yerevanda müxalifət lideri Nikol Paşinyanın təşkilatçılığı ilə etiraz aksiyaları keçirilir.

Aksiya iştirakçıları baş nazir vəzifəsinə sabiq prezident Serj Sarkisyanın seçilməsini etiraz edirlər.

Paşinyan öz tərəfdarlarını dövlət idarələrini bloka salmağa çağırır və Ermənistanda “Məxməri inqilab”-ın başlaması haqqında bəyanatlar verir.