Yens Stoltenberqin Gürcüstana səfəri başlayıb
Yens Stoltenberqin Gürcüstana səfəri başlayıb

NATO-nun baş katibi Yens Stoltenberqin Gürcüstana səfəri başlayıb.

Təyyarə bir neçə dəqiqə əvvəl Tbilisi Beynəlxalq Hava Limanına enib. Stoltenberq Azərbaycandan Tbilisiyə gəlib.

Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili və Gürcüstanın NATO-dakı səfiri Viktor Dolidze Yens Stoltenberqi Tbilisi Beynəlxalq Hava Limanında qarşılayıblar.

Stoltenberqin Gürcüstan Prezidenti Salome Zurabişvili və baş nazir İrakli Kobaxidze ilə görüşü planlaşdırılır.

İrakli Kobaxidze ilə görüşdən sonra mətbuata birgə açıqlamalar veriləcək.

NATO-nun baş katibi martın 19-da Gürcüstandan Yerevana gedəcək.