Yens Stoltenberq – Putinin Ukraynada müharibə üçün minlərlə əlavə hərbçi səfərbər etməsi gözlənilməz deyildi, lakin bu, münaqişənin gərginləşməsinə səbəb olacaq

18:51, 21.09.2022

 

Rusiya prezidentinin Ukraynadakı müharibəyə minlərlə əlavə hərbçi cəlb etməsi gözlənilməz olmasa da, münaqişəni daha da gərginləşdirəcək. Bu barədə NATO-nun baş katibi “Reuters” agentliyinə müsahibəsində bildirib.

Stoltenberq Putinin nüvə silahından istifadə ilə bağlı təhdidinin təhlükəli və ehtiyatsız ritorika olduğunu bildirib.

NATO baş katibinin sözlərinə görə, Putinin bu qərarı müharibənin onun planlarına uyğun getmədiyini göstərir və Rusiya prezidentinin böyük səhvə yol verdiyi aydındır.

“Biz Moskvada reaksiyamızın nə olacağı ilə bağlı anlaşılmazlıq olmamasını təmin edəcəyik . Təbii ki, bu, vəziyyətdən və ya istifadə edəcəkləri silahdan asılıdır. Ən əsası bunu dəf etməkdir və məhz bu səbəbdən Rusiya ilə ünsiyyətimizdə misilsiz nəticələr barədə qətiyik” -deyə Stoltenberq bildirib.

NATO baş katibi səfərbərliyin təchizat tələb etdiyini və indiki mərhələdə Rusiya ordusunun zəif təchiz olunduğunun və onların maddi-texniki təminat ilə bağlı problemlərinin mövcudluğunun açıq-aydın göründüyünü bildirib.

Oxşar