Yens Stoltenberq – NATO Ukraynanın müharibədə qalib gəlməsi üçün hər şeyi edəcək
NATO Ukraynanın müharibədə qalib gəlməsi üçün hər şeyi edəcək-bu barədə Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq “Deutsche Welle”nin “Münaqişə zonası” proqramında bildirib .
O bildirib ki, əgər Putin qalib gəlsə, bu, NATO-nu daha həssas edəcək. Stoltenberq Putinin məqsədinin ukraynalıların müqavimət qabiliyyətini azaltmaq olduğunu açıqlayıb , lakin bildirib ki, Putin uğursuzluğa düçar olur və müharibənin vəhşiliyi bunu nümayiş etdirir.
“Mülki əhali gözümüzün qabağında öldürülür, kritik infrastruktur hücuma məruz qalır, bu səbəbdən NATO və onun tərəfdaşlarının Ukraynanı dəstəkləməyə davam etməsi vacibdir” – deyə Stoltenberq bildirib.
O , NATO və tərəfdaşları tərəfindən Ukraynaya verilən silahların böyük təsir göstərdiyini və Rusiyanın səmada üstünlük əldə edə bilməməsinin səbəblərindən birinin də bu olduğunu bildirib.
“Biz onların hərəkətlərini çox diqqətlə izləyirik, ehtiyatlı davranırıq. Xüsusilə indi, nüvə təlimləri keçirəcəkləri zaman. Ukraynaya qarşı hər hansı nüvə silahından istifadə riski azdır. Biz Rusiyaya açıq şəkildə deyirik ki, Ukraynada nüvə silahından istifadə etsə, bunun ciddi nəticələri olacaq. Həmçinin, Rusiyaya xatırladırıq ki, nüvə müharibəsində qalib gəlmək mümkün deyil, ona görə də onu başlamağa dəyməz”- deyə Stoltenberq bildirib.
Yens Stoltenberq Rusiya tərəfindən səslənən təhdiddə məqsədin onları şantaj etmək və Ukraynaya yardımı dayandırmaq olduğunu söyləyib. Lakin Stoltenberq bildirib ki, bunu etsələr, o zaman “Ukraynada Putin qalib gələcək”.