Yens Stoltenberq NATO-nun yaxın günlərdə Ukraynaya hava hücumundan müdafiə sistemləri tədarük edəcəyini açıqlayıb
NATO yaxın günlərdə Ukraynaya hava hücumundan müdafiə sistemləri tədarük edəcək. Bu barədə Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq Berlində Xarici Siyasət Forumunda çıxışı zamanı bildirib.
O, sözügedən sistemlərlə Ukraynanın özünü dronlardan, o cümlədən kritik infrastrukturu məhv etmək üçün Rusiyanın istifadə etdiyi İran istehsalı olan dronlardan qoruya biləcəyini bildirib.
Stoltenberq bu hücumlara cavab olaraq müttəfiqlərin Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükünü artırmalı olduğunu qeyd edib.
“Bizim edə biləcəyimiz ən vacib şey müttəfiqlərin vəd etdiklərini yerinə yetirmək, daha da çox hava hücumundan müdafiə sistemlərini gücləndirmək və təmin etməkdir. NATO yaxın günlərdə dronların spesifik təhlükəsinə qarşı mübarizə aparmaq üçün, İran da daxil olmaqla dronlara qarşı sistemlər tədarük edəcək”-deyə Stoltenberq bildirib.