Yens Stoltenberq – Müharibədə risk olmadan seçim yoxdur, Putinin Ukraynada qələbəsi bizim üçün ən böyük risk olacaq

10:52, 17.09.2024

 
Müharibədə risk olmadan seçim yoxdur – bu haqda NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Stoltenberq bildirib ki, Ukraynanın Rusiya ərazisində uzaqmənzilli silahdan istifadəsinə icazə verilməsi ilə bağlı son günlərdə aparılan ictimai müzakirələri təqdir edir.

Baş katib, bunun, ayrı-ayrı müttəfiqlərin qərarlarından asılı olacağını deyib.

“Bu qərarı ayrı-ayrı müttəfiqlər verməlidir, lakin bu məsələlərlə bağlı bizim sıx məsləhətləşmələrimizin olması vacibdir” – Stoltenberq qeyd edib.

Bəzi müttəfiqlərin Ukraynada müharibənin eskalasiyası riski ilə bağlı narahatlığı haqqında, Stoltenberq bildirib ki, söhbət Rusiya tərəfindən Avropada başladılmış genişmiqyaslı müharibədən gedir.

“Müharibədə risk olmadan seçim yoxdur. Hesab edirəm ki, Rusiya Prezidenti Putinin Ukraynada qələbəsi bizim üçün ən böyük risk olacaq” – Stoltenberq bildirib.

Oxşar