Yens Stoltenberq - Gürcüstanın Avropa İttifaqı yolunda gördüyü işlər məhz NATO-ya tam üzvlük üçün lazım olan şeylə üst-üstə düşür, daxili islahatları gücləndirməyə davam etməyiniz vacibdir
Yens Stoltenberq - Gürcüstanın Avropa İttifaqı yolunda gördüyü işlər məhz NATO-ya tam üzvlük üçün lazım olan şeylə üst-üstə düşür, daxili islahatları gücləndirməyə davam etməyiniz vacibdir

 Gürcüstanın Avropa İttifaqı yolunda gördüyü işlər məhz NATO-ya tam üzvlük üçün lazım olan şeylə üst-üstə düşür-bu haqda NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə keçirilmiş mətbuat konfransında bəyanatlar zamanı açıqlayıb. 

Stoltenberq, Gürcüstanın daxili islahatları davam etdirməsinin vacib olduğunu bildirib.

“Aİ-yə namizəd statusu sizin sabitliyinizi və rifahınızı gücləndirmək üçün əsas fürsətdir. Aİ-yə üzvlük yolunda gördüyünüz işlər məhz NATO-ya tam üzvlük üçün lazım olan şeylə üst-üstə düşür. Bu ilin oktyabrında keçiriləcək azad və ədalətli parlament seçkiləri də daxil olmaqla, Gürcüstanın daxili islahatları, demokratik dəyərləri və qanunun aliliyini gücləndirməyi davam etdirməsi vacibdir. Beləliklə, Baş nazir, qonaqpərvərliyə görə bir daha sizə təşəkkür edirəm. NATO-Gürcüstan tərəfdaşlığına şəxsi sadiqliyinə görə təşəkkür edirik”- Yens Stoltenberq açıqlayıb.