Yens Stoltenberq – düşüncələrim bütün zərərçəkmişlər və türk xalqı ilə birlikdədir, dərin hüznlə başsağlığı verirəm, NATO Türkiyə ilə həmrəyliyini bildirir

11:10, 14.11.2022

 

NATO Türkiyə ilə həmrəyliyini bildirir-bu barədə NATO-nun baş katibi Yens Stoltenberq “Twitter” sosial şəbəkəsində yazır.

“İstanbuldan şokedici kadrlar. Düşüncələrim bütün zərərçəkmişlər və türk xalqı ilə birlikdədir, dərin hüznlə başsağlığı verirəm, NATO Türkiyə ilə həmrəyliyini bildirir” – deyə Stoltenberq yazır.

Son məlumatlara görə, İstanbulda törədilən terror aktı nəticəsində 8 nəfər həlak olub, 81 nəfər isə yaralanıb. Yaralılardan 50-si artıq xəstəxanadan buraxılıb, 5-i isə reanimasiya şöbəsindədir. Türkiyənin daxili işlər naziri partlayışda şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb. O bildirib ki, terakt əmri “Kürdüstan Fəhlə Partiyası” və “Xalq Müdafiə Birlikləri” adlı kürd qruplaşmasının qərargahının olduğu Suriyanın şimalındakı Ayn al-Arab şəhərindən verilib.

Oxşar