Yens Stoltenberq bu gün Gürcüstana gələcək
Yens Stoltenberq bu gün Gürcüstana gələcək

NATO-nun baş katibi Yens Stoltenberq bu gün Gürcüstana gələcək.

Yens Stoltenberq Azərbaycandan Tbilisiyə gələcək.

Onun prezident Salome Zurabişvili və baş nazir İrakli Kobaxidze ilə görüşü nəzərdə tutulub.

İrakli Kobaxidze ilə görüşdən sonra mətbuata birgə açıqlamalar veriləcək.

NATO-nun baş katibi martın 19-da Gürcüstandan Yerevana səfər edəcək.