Yens Stoltenberq - Aliyansın baş qərargahında başqa dövlətlərin bayrağı üçün yer azaddır
Yens Stoltenberq - Aliyansın baş qərargahında başqa dövlətlərin bayrağı üçün yer azaddır

NATO-nun qağısı yeni üzvlər üçün açıqdır, – bu bəyanatı Şimali Atlantik Alyansın baş katibi Yens Stoltenberq, Makedoniyanın paytaxtında etdi. Stoltenberq Skopyedə iki günlük rəsmi səfərlədir.
“NATO-nun qağısı yeni üzvlər üçün açıqdır, lakin bunun üçün ciddi işlərin görülməsi vacibdir. Aliyansa üzvlük, adın üzərin mübahisənin başa çatdırılmasından daha da artıqdır. Müttəfiqləri yalnız vahid maraqlar deyil, həmçinin vahid dəyərlər də birləşdirir. Mən fəxr edirəm ki, Monteneqronun bayrağı aliyansın baş qərargahında dalğalanır və demək istəyirəm ki, başqa dövlətlərin bayrağı üçün yer azaddır”, – Stoltenberq bəyan etdi. 

Onun dediyinə görə, Makedoniya aliyansa üzv olmaq üçün bir neçə tələbi yerinə yetriməlidir. O xümlədən qonşu ölkələr ilə əlaqələri yaxşılaşdırmalə və hərbi büdcəni artırmalıdır.

Stoltenberq Skopyeyə səfəri zamanı Makedoniya Baş naziri Zoran Zayevlə görüşdü.