Yenidən təşkil çərçivəsində Təhsil Nazirliyində bir neçə struktur dəyişikliyi həyata keçirildi
Yenidən təşkil çərçivəsində Təhsil Nazirliyində bir neçə struktur dəyişikliyi həyata keçirildi

Yenidən təşkil çərçivəsində, Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyində qurumun fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə bir neçə struktur dəyişikliyi həyata keçirildi.

Bu barədə Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin bəyanatında qeyd olunub.

“Nazirliyin Mərkəzi Aparatına daxil olan Gənclik Departamentinin funksiyalarını publik hüquqi şəxs “Gənclik Agentliyi” həyata keçirəcək.

Dövlət hüquqi şəxs “Təhsilin Beynəlxalq Mərkəzi” və Publik hüquqi şəxs “Peşə Bacarıqları Agentliyi” ayrı-ayrı qurumlar kimi fəaliyyət göstərməyəcək və fəaliyyətini Nazirliyin Mərkəzi Aparatında davam etdirəcək.

“İnklüziv təhsil istiqamətində də yeniliklər var. Nazirliyin qərarı və valideynlər ilə məktəb ictimaiyyətinin nümayəndələrinin tələbi əsasında Nazirliyin Mərkəzi Aparatında yeni struktur bölmə – Strateji və İnklüziv İnkişaf Departamenti yaradılıb”, – nazirliyin bəyanatında deyilib.