Ağ Evin Müxbirlər Assosiasiyası Donald Trampın “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan etmək barədə qərarını pisləyib

15:31, 19.09.2026

Ağ Evin Müxbirlər Assosiasiyası Donald Trampın “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan etmək barədə qərarını pisləyib.

Assosiasiya direktoru qeyd edib ki, konstitusiya mətbuat azadlığını qoruyur və bu, amerikalıların hökumət barədə tam məlumat almaq hüququna aiddir.

“CNN”dən aydınlıq gətiriblər ki, belə bir qadağa konstitusiya ilə qorunan hüquqa qarşı “qanunsuz hücumdur”.

“Konstitusiya ilə bizim hökumətin müdaxiləsi olmadan bu reportajları hazırlamaq hüququmuz var. Əgər Prezident Trampın qadağa ilə bağlı təhdidi qüvvəyə minərsə, bu, konstitusiya ilə qorunan sözügedən hüquqa qarşı qanunsuz bir hücum olacaq”, – bəyanatda qeyd olunub.

“The New York Times” qəzetində qeyd edirlər ki, bu, Tramp administrasiyasının istənməyən medianı məhdudlaşdırmaq üçün daha bir “konstitusiyaya zidd” cəhdidir.

Məlumat üçün bildirək ki, ABŞ prezidenti Donald Tramp “CNN” və “Politico” nümayəndələrinin Ağ Evə girişini qadağan etdiyini bildirib.

Oxşar