Yeni videokadrlar - Tsabadze keçəsində yanğın zamanı nə baş verirdi
Fövqəladə Hallar İdarəsi Xidməti rəsmi feysbuk səhifəsində Tsabadze keçəsində yanğının yeni videokadrlarını yayır
Onların məlumatına görə, Tsabadze küçəsi #8 a ünvanında yanğının olması barəsində məlumat fevralın 27-də, saat 00:14-də daxil oldu, briqadalar hadisə yerinə saat 00:18-də çatdılar.
“Hadisə yerində gecə ərzində 30 yanğınsöndürən-xilasedici briqada işləyirdi. Yanğının söndürülməsində 150 yanğınsöndürən-xilasedici iştirak edirdi. Yanğın nəticəsində xəsarət alan olmayıb. Yanğının söndürülməsi saat 04:40-da mümkün oldu”, – Fövqəladə Hallar İdarəsi Xidməti tərəfindən yayılan məlumatda deyilir.