Yeni Roma papasının seçilməsi üçün kardinallar yığıncağı mayın 7-də Vatikanda toplanacaq

16:23, 28.04.2025

Yeni Roma papasının seçilməsi üçün konklav mayın 7-də Vatikanda toplanacaq. Bu barədə “Reuters” agentliyi xəbər verir.

Nəşrin məlumatına əsasən, bu tarix Roma Papası Fransiskin dəfn mərasimindən sonra baş tutan kardinalların qapalı iclasında müəyyən edilib.

Məlumat üçün bildirək ki, Roma Papası Fransisk aprelin 21-də 88 yaşında insult keçirərək vəfat edib.O, aprelin 26-da Romada dəfn edilib. Papa vəsiyyətinə əsasən, “Santa Maria Maggiore” məbədində dəfn edilib.

Fransiskin mümkün mümkün əvəzediciləri barədə məlumatı məqaləmizdə görə bilərsiniz.

Oxşar