Yeni koronavirusun müəyyənləşdirilməsi sabahdan Gürcüstanda da mümkün olacaq
Yeni koronavirusun müəyyənləşdirilməsi sabahdan Gürcüstanda da mümkün olacaq

Yeni koronavirusun müəyyənləşdirilməsi sabahdan Gürcüstanda da mümkün olacaq, – bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamkrelidze bəyan etdi.

Onun dediyinə görə, gürcü tərəfi partnyorlar ilə danışıqlar aparırdı, nəticədə qərar verildi ki, Gürcüstan müvafiq testləri alacaq. Testlər vasitəsi ilə koronavirusun müəyyənləşdirilməsi Gürcüstanda da mümkün olacaq.

“Məlumatım var ki, artıq sabahdan Luqar Mərkəzində 99,99 faiz ilə bunun müəyyənləşdirilməsi üçün laboratoriya imkanlarımız olacaq. Partnyorlarımız ilə danışıqlarımız var idi və bu növün yekun laboratoriya diaqnostikası üçün bütün hər şeyimiz olacaq. Müvafiq olaraq testlərin referal mərkəzlərinə göndərilməsi lazımlılığı olmayacaq”, – Amiran Qamkrelidze bəyan etdi.

Güman edildiyinə görə, sabahdan analizlərin xaricə göndərilməsi lazım gəlməyəcək və koronavirus üzrə material yerində yoxlanacaq.

Bununla yanaşı Amiran Qamkrelidze bəyan etdi ki, Gürcüstanda bu mərhələdə koronavirus halı qeydə alınmayıb. İnfeksiya Xəstəxanasının bokslaşdırılmış bölməsində müalicəsini üç pasient davam etdirir.