Yeni koronavirus ilə həlak olanların sayı 1369-a çatdı
Yeni koronavirus ilə həlak olanların sayı 1369-a çatdı

Yeni koronavirus ilə həlak olanların sayı 1369-a çatdı. Ötən gecə ərzində qeyd olunan virusla 242 insan dünyasını dəyişdi. Həmçinin virusa yoluxmanın təsdiq olunmuş 15 mindən artıq halı qeydə alınıb. Bu isə, rekord göstəricidir.

Ümumilikdə yeni koronavirusa yoluxanların sayı 60 350-ə qədər artıb.

Həmçinin, bu vaxta üçün 6 mindən artıq insan müalicə olunub.

Bununla yanaşı, virusa görə, Honq Konqda tədris prosesinin bərpa olunması 16 marta qədər təxirə salındı.