Yeni konstitusiya dəyişikliklərinin ümumxalq müzakirəsi başlayır.
İlk ümumxalq müzakirə bu gün, Kutaisidə keçiriləcək, buraya da, professor-müəllimlər, tələbələr, mülki bölmə və mediya təşkilatlarının nümayəndələri dəvət olunublar.
Kutaisidə ümumxalq müzakirə parlamentin iclas salonunda keçiriləcək və ona parlamentin sədri, İrakli Kobaxidze rəhbərlik edəcək.
Hakim komanda yeni konstitusiya layihəsini hazırladı. Buna da əsasən, 2020-ci ildən blokların buraxılmasına yol veriləcək və üzdəniraq bonus sistemi ləğv olunacaq. Dəyişikliklər həmçinin konstitusiyada olan din ilə bağlı qeydə və Konstitusiya Məhkəməsinə aiddir.