117 leyhinə, 3 əleyhinə - Parlament seçki sistemi barəsində konstitusiya dəyişikliklərini təsdiq etdi
117 leyhinə, 3 əleyhinə - Parlament seçki sistemi barəsində konstitusiya dəyişikliklərini təsdiq etdi

117 səslə Parlament seçki sistemi barəsində konstitusiya dəyişikliklərini ilk dinləmə ilə qəbul etdi. Dəyişiklikləri üç deputat – Bidzina Qeqidze, Kaxa Okriaşvili və Aleksandre Erkvaniya dəstəkləmədi.

Bu günki səsvermədə “Avropa Gürcüstanı” və “Milli Hərəkat” iştirak etmədi.

Konstitusiya layihəsini nəzərə alaraq, 2020-ci il Parlament seçkiləri qarışıq sistemi ilə keçiriləcək. Parlamentə 120 üzv proporsional və 30 üzv majoritar seçki sistemi ilə seçiləcək.

Dəyişikliklərlə müəyyən olunub ki, seçkilər bir faizlik seçki baryeri ilə keçiriləcək.

Bununla yanaşı, 40 fazidən az dəstəyi olan partiya və seçki bloku tərəfindən Parlament çoxluğunun əldə edilməsi və hökumətin müstəqil şəkildə yaratması mümkün olmur.