Yeni il işıqlarının demontajı ilə əlaqədar Kostava küçəsinin bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq
Yeni il işıqlarının demontajı ilə əlaqədar yanvarın 30-da saat 00:30-dan səhər saat 06:00-dək Merab Kostava küçəsinin bir hissəsində avtonəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Tbilisi meriyasının məlumatına görə, məhdudiyyət Tbilisi Dövlət Konsert Salonundan Qəhrəmanlar Meydanı istiqamətində Kostava küç. N27-dən N59-a qədər mövcud yol hissəsində tətbiq olunacaq.
“Qeyd olunan müddətdə Rustaveli prospektindən gələn avtonəqliyyat axını Kiaçeli və Axvlediani küçələri ilə hərəkət edə biləcək, Niko Nikoladze küçəsindən sola dönən sürücülər isə Rustaveli prospekti və Çovelidze küçəsi istiqamətində hərəkət edəcəklər”, – meriyanın məlumatında qeyd olunub.