Yeni il işıqlandırmalarının sökülməsi ilə əlaqədar, Ketevan Dedopali prospektində gecə saatlarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Yeni il işıqlandırmalarının sökülməsi ilə əlaqədar, Ketevan Dedopali prospektində gecə saatlarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Yeni il işıqlandırmalarının sökülməsi ilə əlaqədar, Ketevan Dedopali prospektində avtomobillərin hərəkəti 25 yanvar saat 00:00-dan 06:00-dək məhdudlaşdırılacaq. Bu barədə Tbilisi meriyası məlumat yayır.

Paytaxt meriyasının məlumatına görə, xüsusilə avtomobil hərəkətinə məhdudiyyət konkret olaraq Avlabari meydanından Lex Kaçinski küçəsinin kəsişməsinə qədər olan yol hissəsində tətbiq olunacaq.

“Nəqliyyat vasitələri İrbaxi, Tsurtsumia, Zurabaşvili və Kaçinski küçələri vasitəsi ilə hərəkət edə biləcəklər. Avtomobil hərəkəti Kaçinski küçəsindən həm Boçormi küçəsi, həm də Ketevan Dedopali prospekti istiqamətində (sola dönməklə) mümkün olacaq.

Bundan əlavə, avtomobil sürücüləri Telavi küçəsindən Boçormi küçəsinə, həmçinin İalbuzi küçəsindən Kür çayının sol sahilinə doğru hərəkət edəcəklər”, – meriyanın məlumatında deyilib.