Yeni il işıqlandırmalarının quraşdırılması ilə əlaqədar olaraq Ketevan Dedopali prospektinin və Kostava küçəsinin bir hissəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılacaq
Yeni il işıqlandırmalarının quraşdırılması ilə əlaqədar olaraq Ketevan Dedopali prospektinin və Kostava küçəsinin bir hissəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılacaq

Tbilisi meriyasının məlumatına görə, Yeni il işıqlandırmalarının quraşdırılması ilə əlaqədar olaraq Ketevan Dedopali prospektinin və Kostava küçəsinin bir hissəsində noyabrın 23-də 00:00-dan 06:00-dək avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Onların məlumatına görə, xüsusilə, məhdudiyyət Kostava küçəsində, Tbilisi Dövlət Konsert Zalından Rustaveli metrostansiyasına qədər olan yol hissəsində tətbiq olunacaq.

Ketevan Dedopali prospektinə gəlincə, avtomobil hərəkətinə məhdudiyyət Telavi küçəsinin kəsişməsindən Lex Kaçinski küçəsinin kəsişməsinə qədər tətbiq olunacaq.

“Qeyd olunan müddətdə Rustaveli prospektindən gələn avtomobillər Kiaçeli və Axvlediani küçələri vasitəsi ilə, Nikoladze küçəsindən sola dönən sürücülər isə Rustaveli prospekti və Çovelidze küçəsi istiqamətində hərəkət edə biləcəklər. Həmçinin, Rustaveli prospektindən Qəhrəmanlar meydanı istiqamətində hərəkətə Cavaxişvili küçəsi və Mtkvarinin sol sahilindən istifadə etməklə icazə veriləcək. Həmçinin, nəqliyyat vasitələri İrbax, Tsurtsumia, Zurabaşvili və Kaçinski küçələri ilə hərəkət edə biləcəklər. Avtomobil hərəkəti Kaçinski küçəsindən Boçormi küçəsi və Ketevan Dedopali prospekti (sola dönmə ilə) istiqamətində mümkün olacaq. Bundan başqa, avtomobillərin sürücüləri Telavi küçəsindən Boçormi küçəsinə, həmçinin İalbuzi küçəsindən Mtkvarinin sol sahili istiqamətində hərəkət edəcəklər. Tbilisi meriyası ləngiməyə görə üzr istəyir”, – Tbilisi meriyasının məlumatında deyilib