Yeni il gecəsi şəhər nəqliyyatı əhaliyə səhərə qədər pulsuz xidmət edəcək
Paytaxtın meri Kaxa Kaladzenin bəyanatına görə, yeni il gecəsi şəhər nəqliyyatı əhaliyə səhərə qədər pulsuz xidmət edəcək.
“Üç lokasiyada yeni il konsertləri keçiriləcək. Müvafiq olaraq, biz elan etmişdik ki, yeni il gecəsi metro pulsuz işləyəcək. Bununla yanaşı, qərar verdik ki, yeni il gecəsi sadəcə metro deyil, həmçinin munisipal nəqliyyat da əhaliyə səhərə qədər xidmət edəcək. Belə ki, istəyi olan hərkəs, nəqliyyat problemi yaşamadan, yeni il gecəsi, yeni il konsertlərində iştirak edə bilər” – dedi Kaxa Kaladze bugünki iclasda.