“Yeni”, “Droa” və “Qirçi-daha çox azadlıq naminə” birləşdi
“Yeni”, “Droa” və “Qirçi-daha çox azadlıq naminə” birləşdi

 
“Yeni”, “Droa” və “Qirçi-daha çox azadlıq naminə” birləşdi.

Bu haqda “Yeni” partiyasının sədrlərindən biri Nika Qvaramia birgə brifinqdə açıqlayıb.

“Partiya qüvvələri – siyasi birlik “Yeni”, “Droa” və “Qirçi-daha çox azadlıq naminə” ölkənin, vətənin tarixi və bu gün, Gürcüstan üçün həlledici məqam olan ən mühüm an qarşısında öz məsuliyyətimizi dərk edirik. Bundan irəli gələrək, seçkilərdə birlikdə iştirak etmək qərarını qəbul edirik.

Düşünürük ki, prezident Zurabişvilinin xartiyasını və ümumi məqsədlər uğrunda mübarizəyə aid Brüsseldəki müraciəti imzalamaqla verilən sözə sadiqliyimiz ifadə olundu. İlk növbədə, bu Qərbdə, Qərb ailəsində, Avropa sivilizasiyasında Gürcüstandır, Gürcüstan əhalisi üçün uğurlu, təhlükəsiz mühiti təmin etməkdir. Gürcülərə xoşbəxtlik imkanının verilməsi bütün partiyalı və partiyasız subyektləri öz fikirlərimiz, ziddiyyətlərimiz və eqolarımızdan üstün tutmağa, bu tip qərarlar qəbul etməyə məcbur edən ən mühüm vəzifədir. Bidzina İvanişvili hakimiyyətini evə göndərmək, Gürcüstandan rus təsirlərini kənarlaşdırmaq və Gürcüstanın Avropa İttifaqının üzvü olması, gürcülərin isə təhlükəsiz və xoşbəxt mühitdə yaşaması üçün biz bu gün birləşirik”- Nika Qvaramia bildirib.

Bununla yanaşı, Nika Qvaramianın qeyd etdiyi kimi, “Lelo” partiyası ilə razılaşma əldə oluna bilməyib, lakin o bildirib ki, “bununla proses bağlanmır və təbii ki, danışıqlar davam edəcək”.