Yeni bir sorğuya görə, Almaniyanın ifrat sağçı "Almaniya üçün Alternativ" partiyası hazırda ölkədə ən populyar siyasi qüvvədir
Yeni bir sorğuya görə, Almaniyanın ifrat sağçı “Almaniya üçün Alternativ” partiyası hazırda ölkədə ən populyar siyasi qüvvədir.
INSA şirkətinin “Bild am Sonntag” qəzeti üçün apardığı sorğu göstərir ki, “Almaniya üçün Alternativ” partiyasını dəstəkləyənlərin sayı 26%-dir və bu göstərici əvvəlki həftə ilə müqayisədə dəyişməz qalıb. Kansler Fridrix Mertsin rəhbərlik etdiyi və 25% dəstəyə malik “Xristian-Demokrat İttifaqı” (CDU-CSU) ikinci yerdədir və bu göstərici əvvəlki həftə ilə müqayisədə 1% azalıb.
Digər müxalifət partiyaları – “Yaşıllar” və “Solçular”ın göstəriciləri ötən həftə ilə müqayisədə müvafiq olaraq 12% və 11% səviyyəsində dəyişməz qalıb.
“Almaniya üçün Alternativ” hazırda Almaniya parlamentində ikinci ən böyük partiya olsa da, sorğunun nəticələri onun populyarlığının artdığını göstərir.