Yəmənli şiə “Husilər” Qırmızı dənizdə ABŞ-ın “Harri Truman” təyyarədaşıyan gəmisinə raket və dronlarla hücum etdiklərini bildirirlər

12:29, 30.03.2025

Yəmənli şiə “Husiler”in dediyinə görə, onlar Qırmızı dənizdə ABŞ-ın “Harri Truman” təyyarədaşıyan gəmisinə raket və dronlarla hücum ediblər.

“Husiler”in sözçüsü Yəhya Sarreanın dediyinə görə, qruplaşma Qırmızı dənizdə ABŞ-ın “Harri Truman”ın rəhbərlik etdiyi amerikan hərbi-dəniz qrupu ilə son 24 saat ərzində üç dəfə qarşıdurma yaşayıb.

Yəhya Sarreanın bildirdiyinə görə, “Husiler” Yəməni qorumaq və fələstinliləri dəstəkləmək baxımından dini, humanitar və mənəvi öhdəliklərini yerinə yetirirlər.

Oxşar