Yəmənli “husilər” Səudiyyə Ərəbistanının neft emalı zavoduna hücum etdiklərini təsdiqləyirlər
Yəmənli “husilər” Səudiyyə Ərəbistanının neft emalı zavoduna hücum etdiklərini təsdiqləyirlər. Qruplaşmanın bildirdiyinə görə, onlar Səudiyyə Ərəbistanının Cizan şəhərində yerləşən “Aramco” neft emalı zavodunda gecə saatlarında baş vermiş yanğına görə məsuliyyəti öz üzərlərinə götürürlər.
Bəyanatda deyilir ki, onlar bu hücumu Səudiyyə Ərəbistanının pilotsuz uçuş aparatları ilə Yəmənin Səd və Həc vilayətlərinə etdiyi hücumlara cavab olaraq həyata keçiriblər.
Bundan əvvəl Səudiyyə Ərəbistanının Energetika Nazirliyi ölkədəki neft emalı zavoduna hücum edildiyini bildirdi. Onların sözlərinə görə, hücum yanğına səbəb olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.